
Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək görüş olub.
Tərəflər Ermənistan-Gürcüstan əməkdaşlığının gündəliyi, o cümlədən ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər.
Baş nazirlər həmçinin regionda gedən proseslərə də toxunublar. Həmsöhbətlər sülh və sabitlik istiqamətində ardıcıl addımların atıldığını vurğuladılar.







