Demokratiya ilə bağlı hesabatda Ermənistan ən çox irəliləyiş əldə edən ölkələrdən biridir

Beynəlxalq Demokratiya və Seçkilərə Dəstək İnstitutu “Dünyada Demokratiyanın Durumu 2023” hesabatını dərc edib. Hesabata görə, Avropa ölkələri arasında Ermənistan və Moldova ən çox sahələrdə irəliləyiş əldə edib.
“Şərqi Avropada Azərbaycan, Belarus və Rusiyanın avtoritar rejimləri öz qonşuları ilə kəskin frəqlənirlər və Ermənistan və Moldova kimi ölkələrdə perspektivli demokratik inkişafla ziddiyyət təşkil edir”, – hesabatda qeyd olunur.
Beynəlxalq Demokratiya və Seçkilərə Dəstək İnstitutu demokratik institutları və prosesləri dəstəkləmək və gücləndirmək, demokratik ölkələri inkişaf etdirmək üçün fəaliyyət göstərən hökumətlərarası təşkilatdır. Onun Avropa, Latın Amerikası və Karib hövzəsi, Asiya və Sakit okean, Afrika və Qərbi Asiyada regional ofisləri var. Təşkilatın baş qərargahı Stokholmda yerləşir.







