Başlıcaİctimaiyyət
Ermənistanda doğulanların sayı ölənlərin sayından 8700-dən çox olub

Cari ilin yanvar-sentyabr ayları ərzində Ermənistan Respublikasında 26 min 882 doğuş qeydə alınıb.
Bu barədə ER Statistika Komitəsindən məlumat yayıb.
Mənbənin məlumatına görə, eyni dövrdə ölənlərin sayı 18 min 107 olub.
Bu ilin 9 ayı ərzində respublikada 12 min 19 nikah, 3 min 363 boşanma faktı qeydə alınıb.
Sərhəd buraxılış məntəqələri tərəfindən aparılan qeydiyyatlara əsasən, hesabat dövründə respublikaya daxil olanların sayı 3 milyon 671 min 691, çıxışların sayı isə 3 milyon 682 min 325 nəfərdir.







