
Azərbaycanla münasibətlərin normallaşması prosesi çərçivəsində diplomatik gərgin iş gözlənilir. Bu barədə noyabrın 17-də parlamentdə keçirilən ənənəvi brifinqlərdə hakim “Mülki müqavilə” partiyasının deputatı Qevorg Papoyan bildirib.
Erməni deputat Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşdən imtina edən Azərbaycanın mövqeyini tənqid edib.
Onun sözlərinə görə, yerdə qalan məsələlər tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.
“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, – deyə Papoyan bildirib.
Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Hovannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib.







