BaşlıcaSiyasət

KTMT baş katibi bəyan edib ki, ER ölkəyə yardımla bağlı sənədin gündəmdən çıxarılmasını xahiş edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərəfdaşlarından ölkəyə yardımla bağlı sənədi gündəmdən çıxarmağı xahiş edib. Factor.am BELTA-ya istinadən yazır ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

“Ötən ilin noyabrında KTMT Şurasının qərarlarının icrası üzrə fəaliyyət planının icrasına və Belarusun prioritet istiqamətlərinə gəlincə, 34 tədbirdən 32-si tamamlanıb. Təəssüf ki, iki tədbir təşkil edə bilmədik. İlk növbədə, onlar bizim ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir. İkinci məsələ isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Digər müttəfiqlər qərarı dəstəkləsələr də, Ermənistan tərəfi həmin sənədə heç bir maraq göstərmədi, üstəlik, işimizin son mərhələsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, – deyə KTMT-nin baş katibi bildirib.

Əlavə edək ki, Ermənistan tərəfi bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Onu da qeyd edək ki, Yerevan ER baş naziri Nikol Paşinyanın KTMT Şurasının noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan iclasında iştirak etməyəcəyini açıqlamışdı.

Daha çox göstər
Back to top button