
Dekabrın 11-də Brüsseldə Ceyhun Bayramovla Jozep Borrel arasında görüş olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bayramov:
– “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib”,
– “son etimad tədbirlərinin normallaşma prosesinə müsbət təsirini qeyd edib”,
– “qeyd edib ki, Azərbaycan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin normallaşma prosesində vasitəçilik səylərini yüksək qiymətləndirir”,
– “bəzi Aİ rəsmilərinin qərəzli bəyanatlarından” şikayətlənib”.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Borrell görüşdə susub.







