BaşlıcaEkonomika

Ermənistan OPEC-dən 50 milyon avro kredit alacaq

Ermənistan OPEK-dən 50 milyon avro kredit alacaq.

Dekabrın 12-də parlamentin növbədənkənar sessiyasında “Ermənistan Respublikası ilə OPEC Beynəlxalq İnkişaf Fondu arasında imzalanmış yaşıl, stabil və inklüziv inkişaf proqramı”nın (50 milyon avro məbləğində) kredit sazişinin ratifikasiyası məsələsi müzakirə edilib.

Layihənin məqsədi Ermənistanda yaşıl, stabil və inklüziv inkişafı dəstəkləməkdir. O, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına, eləcə də ətraf mühitin idarə edilməsi sisteminin və enerji səmərəliliyinin təkmilləşdirilməsinə yönəlib.

Maliyyə nazirinin müavini Eduard Hakobyanın sözlərinə görə, əvvəlcə vəsaitin dövlət büdcəsinin kəsirinin bağlanmasına yönəldiləcəyi güman edilirdi.

“Kredit 20 il müddətinə verilir. Onlardan 5-i imtiyazlıdır”, – o bildirib.

Daha çox göstər
Back to top button