BaşlıcaSiyasət

Rosatom Ermənistan AES-in istismar müddətini yenidən uzadacaq

Dekabrın 15-də “Rusatom Servis” və “Ermənistan Atom Elektrik Stansiyası” Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş imzalayıb.

Rusiya Federasiyası və Ermənistan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası çərçivəsində stansiyanın istismar müddətinin uzadılması barədə razılıq əldə olunub.

Sənədi “Ermənistan Atom Elektrik Stansiyası”nın baş direktoru Eduard Martirosyan və “Rusatom Servis”in Kompleks layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Yuri Sviridenko imzalayıblar.

“Rosatomun “Kola” və “Novovoronej” AES-lərin istismar müddətinin uzadılmasında unikal təcrübəsini həmçinin Ermənistan AES-in modernləşdirilməsinin birinci mərhələsinin müsbət nəticələrini nəzərə alaraq, imzalanmış saziş çərçivəsində dövlət korporasiyası ilə əməkdaşlıq stansiyanın 2036-cı ilə qədər səmərəli və təhlükəsiz işləməsinə imkan verəcək”, – Y. Sviridenko bildirdi.

Ermənistan AES-in istismarı ölkənin enerji müstəqilliyinin ən mühüm amilidir. Respublikada ümumi elektrik enerjisi istehsalında Ermənistan AES-in payı təxminən 30%-dir.

2014-cü ildə Ermənistan hökuməti AES-in təkmilləşdirilməsi və istismar müddətinin uzadılması üçün “Rosatom”-a müraciət edib. Modernləşdirmə prosesinə 2015-ci ildə başlanılıb, işlər 2021-ci ildə tamamlanıb. Enerji blokunun gücü 380-390 MVt-dan 440 MVt-a qədər artırılıb.

Ermənistan AES-in istismar müddəti 2026-cı ildə başa çatır, 2021-ci ildə müvafiq lisenziya ER hökuməti yanında Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsi tərəfindən verilib.

Daha çox göstər
Back to top button