
İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qonşu Ermənistandakı Metsamor AES-in sərhəddəki Araks çayını radioaktiv maddələrlə çirkləndirə biləcəyi ilə bağlı iddiaları təkzib edib.Bu haqda “Tasnim” məlumatlandırıb.
İranın Xarici işlər naziri bazar günü Tehranda İran parlamentinin Milli təhlükəsizlik və Xarici siyasət komitəsinin iclasında iştirak edib.
Ərdəbilin Şimal-Qərbindəki iki sərhəd bölgəsini təmsil edən millət vəkilinin sualını cavablandıran Əmir Abdullahian Araks çayının radioaktiv çirklənməsi ilə bağlı narahatlıqları rədd edib.
O, bəyan edib ki, İranın Atom enerjisi təşkilatının texniki hesabatı və təftiş işləri Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti nəticəsində Araks çayının çirklənməsi ehtimalını təkzib edir.
Bundan əvvəl Azərbaycan mətbuatı Metsamor Atom Elektrik stansiyasının hər gün Araks çayına 12-16 min kubmetr radioaktiv tullantı atdığı barədə məlumat yayıb.







