BaşlıcaMədəniyyət

Azərbaycan Artsaxın  “Ttu jur” (Turş su)adlanan ərazidə ucaldılmış Xaçkar abidəsini dağıdıb

Azərbaycan Artsax Respublikasının Kaşatağ rayonunun Ağanus qəsəbəsinin “Ttu jur” adlanan ərazisində Öməri dağ aşırımında həlak olmuş Tiqran Abramyan və onun dostlarının xatirəsinə ucaldılmış Xaçkar xatirə bulağını yerlə yeksan edib.

 Artsaxın mədəniyyət irsinin daima monitorinqini aparan monumentwatch.org saytı bu barədə xəbərdarlıq edir.

“Azərbaycanşünas Varsik Simonyanın təqdim etdiyi fotoşəkillərdən aydın göründüyü kimi, Azərbaycan Ağanus qəsəbəsindəki “Ttu jur” adlanan ərazidə Öməri aşırımında həlak olan Tiqran Abramyanın və onun dostlarının xatirəsinə ucaldılmış Xaçkar xatirə bulağını yerlə yeksan edilib.

Azərbaycan işğalından əvvəl fəvvarə-abidə dayanmış, abidənin mərkəzində və onunla yanaşı yerdə 2 Xaçkar ucaldılmışdır. Və ərazi zəbt edildikdən sonra çəkilmiş fotodan məlum olur ki, Xaçkarlar darmadağın edilib, abidənin bütövlüyü pozularaq boyalarla çirkləndirilib.

Azərbaycan xəbərlərinə görə, Ağanus kəndi yaxınlığındakı tarixi bulağın ətrafında ağaclar kütləvi şəkildə kəsilib deyilənə görə  abidənin ərazisində istirahət zonası salınmalıdır.

Bizim cavabımız

Azərbaycan tərəfindən erməni mədəniyyət sərvətlərinin dağıdılması ilə bağlı istənilən hərəkət YUNESKO və Avropa Şurası tərəfindən qəbul edilmiş bir çox konvensiyalar, Beynəlxalq Ədalət Məhkəməsinin müddəaları və digər sənədlərlə qadağandır.

İşğal altında olan Kaşatağ Ağanus qəsəbəsinin abidə-bulaq bütövlüyünün pozulması, Xaçkarların darmadağın edilməsi  beynəlxalq qanunlarla qadağandır.

Beynəlxalq Ədalət Məhkəməsinin işğal olunmuş ərazilərdə qüvvədə olan qanunların, o cümlədən mədəniyyət dəyərlərin qorunmasına dair müddəaların beynəlxalq adət hüququ  statusu aldığını təsdiq etməsi faktını vurğulamaq son dərəcə vacibdir.

Adət qanunları irsin qəsdən məhv edilməsini qadağan edir. Beynəlxalq humanitar hüququn 38, 39, 40, 41-ci qaydaları mədəniyyət dəyərlərin qorunmasına istinad edir.

Qeyd etmək vacibdir ki, Xaçkarların hədəfə alınması xüsusilə qadağan olunmuş əməldir və bütün bəşəriyyətə qarşı ağır cinayət hesab olunur, çünki “Erməni Xaçkarlarının sənəti. Xaçkarların simvolizmi və sənətkarlığı” 2010-cu ildən YUNESKO tərəfindən  2003-cü ildə qəbul olunmuş  “Qeyri-maddi mədəni İrs siyahısı”na daxil edilib və ümumbəşəri dəyər hesab edilir.

 Bu o deməkdir ki, Xaçkar sənəti müstəsna hərtərəfli ümumbəşəri dəyərə və əlavə beynəlxalq mühafizəyə malikdir və eyni zamanda qlobal mədəniyyət xəzinəsində böyük maraq doğurur.

Xaçkar mədəniyyətinin də müharibə zamanı və ondan sonra əlavə mühafizəsi var. Xüsusilə, silahlı münaqişələrdə mədəniyyət  sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasına əsasən. Konvensiyaya əlavə, 1999 Qəbul edilmiş ikinci protokolun prinsiplərinə əsasən, bütün Xaçkar mədəniyyəti gücləndirilmiş mühafizəyə malikdir və ona vurulan hər hansı zərər, protokolun 15-ci maddəsinin ”a” bəndinə əsasən, “ciddi pozuntu” hesab edilir ki, buda beynəlxalq məhkəmələrdə hərbi cinayət kimi mühakimə olunur.

Bu, mədəni dəyərlərin gücləndirilmiş mühafizəsi haqqında sözügedən protokolun 10-cu maddəsi ilə sənədləşdirilir ki, ona görə də bəşəriyyət üçün ən böyük əhəmiyyət kəsb edən mədəni irs gücləndirilmiş mühafizə altında olmalıdır və YUNESKO, əslində, 2010-cu ildən bütün Xaçkari mədəniyyəti belədir.

Protokolun 12-ci maddəsinə əsasən, işğal olunmuş ərazilərdə protokolun iştirakçısı olan dövlət, yəni Azərbaycan gücləndirilmiş mühafizə altında olan mədəniyyət dəyərlərin toxunulmazlığını təmin etməli, bu dəyərləri hücum və ya repressiya obyektinə çevirməkdən çəkinməlidir”.

Bu haqda  monumentwatch.org saytında qeyd olunub.

Daha çox göstər
Back to top button