Başlıcaİctimaiyyət

DQ-dan  məcburi köçkün düşmüş təxminən 6 min şəxs iş tapıb

Dağlıq Qarabağdan məcbüri köçkün düşmüş təxminən 6 min şəxs Ermənistanda, o cümlədən dövlət dəstəyiylə iş tapıb.

Bu haqda Yanvarın 10-da keçirilmiş brifinq zamanı ER Əmək və sosial məsələləri üzrə nazir Narek Mkrtçyan Dağlıq Qarabağdan məcburi köçmüş şəxslərə verilən dəstək proqramları təqdim edərkən bildirmişdir.

Nazir qeyd edib ki, Ermənistan Hökümətinin növbəti iclasında Dağlıq Qarabağdan məcburi köçkünlər üçün məşğulluq proqramı təqdim ediləcək.

Mkrtçyan insanlara məşğulluqla bağlı təkliflər almaq üçün Sosial birgə xidmətinin ofislərinə müraciət etməyə çağırıb. “Biz hazırda sosial dəstək alanların siyahısı və mövcud olan iş təklifləri yenidən qiymətləndiririk. Yanvardan sonra bu məsələ dəqiqləşdiriləcək”-deyə nazir bildirib.

Daha çox göstər
Back to top button