Başlıcaİctimaiyyət

Amerikalı erməni Paolo Pircanyanın şirkətinin istehsal etdiyi robot Las-Veqasda mükafat alıb

Amerikalı erməni Paolo Pircanyanın “Embodied” şirkətinin istehsalı olan “Moxie” robotu Las-Veqasda keçirilən “CES 2024” beynəlxalq sərgisinin innovativ mükafatlandırma mərasimində “Süni intellekt” kateqoriyasında baş mükafata layiq görülüb. Bu barədə məlumatı ER Yüksək Texnologiyalar Sənayesi Nazirliyi yayıb.

Qeyd olunur ki, “Moxie” robotu 2016-cı ildə yaradılıb və öz süni intellekti ilə uşaq inkişafı sahəsində inqilabi texnologiya hesab olunur.

“Robot fiziki və digər problemləri olan 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Robot uşaqların emosional keyfiyyətlərini inkişaf etdirərək ünsiyyət qurmağı öyrədir. Moxie uşağa oyun vasitəsilə əsas inkişaf bacarıqlarını öyrənməyə kömək edir”.

Daha çox göstər
Back to top button