BaşlıcaSiyasət

Əliyevin dediklərinə ciddi baxmalıyıq: Andranik Koçaryan

Çox güman ki, Azərbaycan prezidenti İlham Əliyevin ritorikasının dəyişməsinin seçkiqabağı əhval-ruhiyyə ilə əlaqəsi var. Bunu jurnalistlərlə söhbətində Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan deyib.

“Onun dediyi hər şeyə ciddi yanaşmalıyıq. Əgər deyirsə, deməli ciddi qəbul edilməlidir. Bunu öz daxili auditoriyası üçün desə belə, biz buna ciddi yanaşmalıyıq, bizim vəzifəmiz ölkəmizi gücləndirmək olmalıdır”, – deyə o bildirib.

Azərbaycanın “Zangezur dəhlizi” adlanan ərazini zorla götürməsinin mümkünlüyünə dair suala Koçaryan belə cavab verdi: “Azərbaycanın çox arzuları ola bilər. Başqa məsələdir ki, biz bu gün o istəklərin qarşısını almaq üçün imkan yaratmışıq, ya yox”.

Andranik Koçaryan “Ermənistan sərhədi demarkasiya etmədən sülh müqaviləsi imzalamağa hazırdırmı” sualına belə cavab verdi: “Demarkasiya məsələsi çox vacibdir. O yerə çatmalıyaq ki, qarşı tərəf sərhədlərin müəyyənləşdirilməsi prosesinin qaçılmaz olaraq həyata keçirilməli olduğunu qəbul etsin”

Daha çox göstər
Back to top button