BaşlıcaSiyasət

Fransa Senatı Azərbaycana sanksiyalar tələb edən qətnamə qəbul edib

Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq edilməsini tələb edən qətnaməni 336 lehinə, 1 əleyhinə olmaqla qəbul edib.

Alınan məlumata  əsasən, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumatlandırıb.

Yanvarın 17-də Fransa Senatı 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısını almaq” məqsədi ilə partiyanın qətnaməsini müzakirə edib.

Fərmanda həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələb olunur və Dağlıq Qarabağın erməni əhalisinin geri qayıtmaq hüququ təmin edilir.

Daha çox göstər
Back to top button