Başlıcaİctimaiyyət
Yanvarda Ermənistanı 154 min turist ziyarət edib

2024-cü ilin Yanvarında Ermənistanı 154 min turist ziyarət edib. Bu haqda Ermənistan Respublikasının İqtisadiyyat nazirliyinin Facebook səhifəsində bildirilir.
“Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin Yanvarında turist ziyarətlərinin sayı 159 min, 2022-ci ilin Yanvarında isə 94 min təşkil edib” – deyə yazıda qeyd olunub.







