Başlıcaİctimaiyyət

Bu ildə “Voske tsiran”ın (Qızıl ərik) keçirilməsi tarixləri məlumdur

Yerevanın “Voske tsiran” (Qızıl ərik) 21-ci Beynəlxalq film festivalı 2024-cü il İyulun 7-14-də keçiriləcək. Kinofestivalın mətbuat xidmətindən verilən məlumata görə, bu il də beynəlxalq kinofestivalda dünyanın müxtəlif ölkələrinin rəqabət qabiliyyətli filmləri, eləcə də ən nüfuzlu (Kann, Berlin və s.) kinofestivallarının filmləri ictimaiyyətə təqdim olunacaq. Dünya kino xadimləri Ermənistana gələcək, onlar öz təcrübələri və sənətlərini kinosevərlərə təqdim edəcəklər.

Bu il “Voske tsiran” (Qızıl ərik) iki ulu şəxsin- Şarl Aznavur və Sergey Paracanovun 100 illik yubileylərinə xüsusi diqqət yetirəcək. Festivalla bağlı ətraflı məlumat daha sonra ictimaiyyətə təqdim olunacaq.

Daha çox göstər
Back to top button