
ER Baş naziri Nikol Paşinani Danimarka Krallığına işgüzar səfərə gedib. Bu haqda məlumatı mətbuat katibi Nazeli Bağdasaryan məlumatlandırıb.
Paşinyan mayın 14-də keçiriləcək “Kopenhagen Demokratiya Sammiti”ndə Sammitdə “Cəbhədən: Ermənistanın Demokratiyasını Müdafiə” müzakirəsində iştirak edəcək.
Səfər çərçivəsində həmçinin Danimarka Krallığının Baş naziri xanım Mette Frederiksen, Danimarka parlamentinin sədri – Folketing Syøren Gade, sammitin təsisçisi və “Rasmussen Global” beynəlxalq siyasi konsaltinq təşkilatının təsisçisi Anders Foq Rasmussen ilə görüşlər nəzərdə tutulub.







