
Rusiyanın birinci kanalının Ermənistan ərazisində yayımı dayandırılıb. Səbəblərin aydınlaşdırılması ilə bağlı jurnalistin sualını Yüksək Texnologiyalar sənayesi naziri Mxitar Hairapetyan cavablandırıb.
Sual – Cənab nazir, sosial şəbəkələrdə Rusiyanın Birinci Kanalının Ermənistan Respublikasında yayımının dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Yayılan məlumatların reallığa nə dərəcədə uyğun olduğunu izah edin. Rusiya telekanalının yayımı hansı əsasla dayandırılıb?
Cavab – “Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” QSC ilə “Kanal 1, Dünya Şəbəkəsi” arasında mövcud müqaviləyə əsasən, “Kanal 1, Dünya Şəbəkəsi” müqavilə öhdəliklərini yerinə yetirməyərək 2,5 aylıq borcunu toplayıb.
Rusiya kanalının (ORT-red.) ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılır.







