
İyunun 20-də Ararat Mirzoyan işgüzar səfərlə Vilnüsə səfər edəcək. Bu barədə Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan məlumatlandırıb.
Nazir Mirzoyanın Litvanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşləri planlaşdırılır.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək və qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçiriləcəkdir.







