İdman
Ermənistan basketbol komandası Azərbaycan yığmasını məğlub edib

Ermənistanın 16 yaşadək kişilərdən ibarət basketbol komandası Avropa çempionatının C divizionunda çıxışını başa vurub.
Üçüncü yer uğrunda mübarizədə Ermənistan komandası Azərbaycan komandasına 71:63 hesabı ilə qalib gələrək çempionatın bürünc mükafatçısı olub.
Ermənistanın 16 yaşadək qızlardan ibarət milli komandası da Avropa çempionatının C divizionunda çıxışlarını başa vurub. Son oyunda Ermənistan millisi Gürcüstan millisinə 77:71 hesabı ilə qalib gələrək çempionatda 5-ci yeri tutub.







