BaşlıcaSiyasət

H. Hacıyev: “Azərbaycan Ermənistanı Bakıda keçirilən COP29-a dəvət edib”

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Bu haqda bazar günü Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

“Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə Yerevan arasında onilliklər davam edən münaqişəyə son qoymağa yönəlmiş sülh prosesi fonunda göndərilib” – deyərək  Hacıyev bildirib.

“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın Xarici işlər nazirinə dəvətlə məktub göndərib. Biz rəsmi dəvət göndərmişik” – deyə Hacıyev bildirib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (“COP29”) Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək.

İyun ayında baş nazirin mətbuat katibi Nikol Paşinyanın Bakıya getməsi və COP29 forumunda iştirakı ilə bağlı şayiələrə, baş nazirin iş gündəliyində belə bir səfərin nəzərdə tutulmamasına işarə edib.

Daha çox göstər
Back to top button