
Rusiya Federasiyasının Novosibirsk vilayətində KTMT-nin Rusiya qvardiyasının rəhbərliyi altında “Kobalt-2024” təliminin açılış mərasimi keçirilib.
KTMT-nin rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, üç günlük məşqlər tədbirində daxili işlər, milli təhlükəsizlik orqanları, daxili qoşunlar (Milli qvardiya), xüsusi və narkotiklərlə mübarizə xidmətlərinin, habelə fövqəladə xilasetmə və yanğınsöndürmə xidmətlərinin Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan strukturlar və xüsusi təyinatlıları iştirak edir.
Ermənistan bu təlimlərdə iştirak etmir. “Bu gün dünyada və təşkilatımızın məsuliyyət zonasında hərbi-siyasi vəziyyəti demək olar ki, iki sözlə ifadə etmək olar: gərgin və çətindir.
Odur ki, biz istənilən vaxt hərəkətə keçməyə və istənilən regionun təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazırıq” – deyə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.
Təlim zamanı qüvvə və vasitələrin yeni fəaliyyət forma və üsulları mənimsəniləcək, yeni silah və hərbi texnika nümunələri, pilotsuz uçuş aparatlarından istifadənin taktiki üsulları və kəşfiyyat vasitələri sınaqdan keçiriləcəkdir.
Mətnin mənbəyi factor.am-dir.







