BaşlıcaSiyasət

Lüksemburq Baş nazirinin müavini Azərbaycanla Ermənistan arasında münaqişənin COP29-a qədər həllini təklif edib

Lüksemburqun Baş nazirinin müavini, Xarici işlər və Xarici ticarət naziri Xavier Bettel ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə Bakıda keçiriləcək COP29-a qədər həll olunacaq.

 Xavier Bettel bu barədə BMT Baş Assambleyasında bildirib. “Yaxın gələcəkdə Bakıda COP29 gözlənilir və düşünürəm ki, bu, bizim üçün çox vacib an olacaq.

Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə var və mən ümid edirəm ki, bu münaqişə COP29-a qədər həll olunacaq. Gəlin bunu edək, barışaq.

Gəlin göstərək ki, Bakıya səfərimiz və nəticələrlə fəxr edə bilərik, o zaman ki, hamı heç bir münaqişənin olmadığına və münaqişənin yenilənməyəcəyinə sevinəcək, xüsusən də Ermənistan və Azərbaycan arasında” – deyərək Bettel təklif edib.

Daha çox göstər
Back to top button