BaşlıcaSiyasət

FT:  “Dünyanın aparıcı bank və maliyyə institutlarının rəhbərləri Bakıda keçiriləcək COP29-da iştirak etməyəcəklər”

Bank of America, BlackRock, Standard Chartered və Deutsche Bank rəhbərləri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin COP29 iqlim sammitinə qatılmayacaqlar.

Financial Times yazır ki,  iqlim üzrə dünyanın ən mühüm müzakirələrinə olan biznes gözləntiləri azalıbdır. Bu iki həftəlik sammit təşkilatçıları tərəfindən “COP maliyyə konfransı” adlandırılıb və burada təxminən 200 ölkə iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə dəstək olmaq üçün yeni qlobal maliyyə hədəfini müzakirə edəcək.

Bir sıra aparıcı bankların, aktivlərin idarə edilməsi və sığorta şirkətlərinin rəhbərləri tədbirdən iştirak etməyəcəklər. Bu, ABŞ-da keçiriləcək Prezident seçkilərindən cəmi beş gün sonra baş verəcək və dünyanın ən böyük iqtisadiyyatının rəhbərliyinə dair qeyri-müəyyənlik yaradır.

Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ı Paris İqlim  sazişindən çıxarmaqla təhdid edib.

Maliyyə rəhbərləri “çətin logistika” və keçən il Dubayda keçirilmiş COP28 ilə müqayisədə müştərilərlə əlaqə yaratma imkanlarının az olduğunu qeyd ediblər.

Sammitə hələ də getməyə qərar verməmiş bir rəhbər bildirib:

Bəzi rəhbərlər isə gələn il Braziliyada keçiriləcək COP30 sammitində iştirak etmək niyyətində olduqlarını və bu ilki sammitin daha çox “texniki COP” olduğunu qeyd ediblər.

Bu arada elm adamları, qeyri-kommersiya təşkilatları və digər təşkilatlar bu il tədbirə vəsiqə əldə etməyin çətin olduğundan şikayətlənirlər.

İllik toplantının Azərbaycanda keçirilməsi məsələsinin ötən il Şərqi Avropa ölkələri blokunun rotasiya əsasında bunu seçməsindən sonra müzakirə olunduğu bildirilir.

 Əsasən neft və qaz ixracına güvənən neft dövləti Dubayın mədən yanacağının mərhələli şəkildə ləğvi öhdəliyinə, eləcə də insan hüquqlarına riayət etmədiyinə görə tənqid olunur.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button