BaşlıcaSiyasət

ABŞ Ermənistan və Azərbaycanı demarkasiya qaydalarını rəsmiləşdirməyə görə alqışlayıb

ABŞ, Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını rəsmiləşdirdikləri üçün alqışlayıb.

Alınan məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller öz X mikrobloqunda yazıb. Miller qeyd edib:

“ABŞ, Ermənistan və Azərbaycanı sərhədlərin delimitasiyası prosedur qaydalarını rəsmiləşdirdikləri üçün alqışlayır, bu, davamlı dialoq vasitəsilə irəliləyişin mümkün olduğunu göstərir.

Biz regionun təhlükəsizliyi və rifahı naminə davamlı və ədalətli sülhə doğru iki tərəfin işini də dəstəkləyirik.”

Ermənistan parlamenti oktyabrın 23-də Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını təsdiqləyib.

Ermənistan Prezidenti də qaydaları təsdiqləyən qanunu imzalayıb. Oktyabrın 25-də Azərbaycanın prezidenti İlham Əliyev Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyət qaydalarını təsdiqləyən sərəncam imzalayıb.

Daha çox göstər
Back to top button