Ekonomika
2024-cü ilin 10 ayında Ermənistan-Aİİ ticarət dövriyyəsi 11 milyard dolları ötüb

Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracı 2015-ci ildəki 300 milyon dollardan 2023-cü ildə 3,4 milyard dollara yüksəlib.
Bunu iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan bildirib. Hovakimyan qeyd edib ki, 2024-cü ilin cəmi on ayında Ermənistanla Aİİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsi 11 milyard dolları ötüb.
“Biz bunu kifayət qədər yaxşı nəticə kimi qeyd edə bilərik”.
Ermənistandan Aİİ-yə əsas ixrac malları şərablar, brendi, kənd təsərrüfatı məhsulları, eləcə də sənaye və texnoloji məhsullardır.
Onun sözlərinə görə, Aİİ-yə üzvlük Ermənistana 150 milyon istehlakçısı olan bazara çıxmaq imkanı verib, bu da yerli istehsalçılar, ixracatçılar, iqtisadiyyatın müxtəlif sektorları üçün yeni imkanlar yaradıb.







