
İran parlament heyəti Ermənistana səfər edəcək
İran İslam Respublikası Məclisinin İran-Ermənistan dostluq qrupunun nümayəndə heyəti Ara Şahverdiyanın rəhbərliyi ilə Ermənistana səfər edəcək.
Bu barədə jurnalist Ermənistan parlamentinin rəsmi internet səhifəsinə istinadən məlumat yayıb. Səfər 12-15 yanvar tarixlərində nəzərdə tutulub.
Səfər çərçivəsində nümayəndə heyətini parlamentin İran-Ermənistan dostluq qrupunun rəhbəri, deputat Narek Babayan qəbul edəcək.







