BaşlıcaTəhlil

Alimlər Azərbaycanın yaxınlığında “ruh ada” qeydə alıblar

NASA peykləri Azərbaycanın yaxınlığında “ruh ada”nın görüntülərini çəkiblər. Bu barədə Sciencealert nəşri məlumat yayıb.

Alimlər adanın meydana çıxmasını Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər.

“Bu müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin may ayında qeydə alınıb. Lakin növbəti il yoxa çıxıb”- deyə məqalədə bildirilib.

Nəşrin məlumatına görə, 20-ci əsr ərzində ada altı dəfə suyun üzünə çıxıb və yenidən yox olub. Adanın son dəfə görünməsi 2023-cü ilin yanvarında qeydə alınıb, lakin peyk vasitəsilə əldə edilən son şəkillərdə yalnız torpağın dar bir zolağı görünür.

Bundan əvvəl bildirilib ki, NASA-nın Landsat 8 və Landsat 9 peykləri kiçik adanın meydana çıxmasını və yox olmasını qeydə alıb.

Araşdırmalara görə, adanın ən güclü püskürməsi 1950-ci ildə baş verib və bu zaman 700 metr enində və altı metr hündürlüyündə ada yaranıb.

Alimlər qeyd edirlər ki, palçıq vulkanları, yeraltı təzyiqin səthə isti maye kütlələri və qazlar çıxardığı yerlərdə formalaşır.

Daha çox göstər
Back to top button