
Bakıda başlanan şou məhkəmələri təkcə erməni xalqı üçün faciə deyil, həm də üzvü təşkilatın əsas dəyərlərinə məhəl qoymayan və cəzasız qalan Avropa Şurası üçün təhqirdir.
Bu haqda Avropa Şurası Nazirlər Komitəsinin sədri Ksavye Bettelə sual ünvanlayan ER parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorqyan deyib.
Cənab nazir, iki həftə öncə Bakıda Ermənistanın Dağlıq Qarabağ rəhbərliyinin şou məhkəmələri başlayıb.
Bu, təkcə beynəlxalq hüquqa etinasızlıq, erməni xalqı üçün qanlı faciə deyil, həm də üzvü təşkilatın əsas dəyərlərinə məhəl qoymayan və cəzasız qalan Avropa Şurası üçün təhqirdir.
Bakı rejimi öz xalqını sivilizasiyadan təcrid edir, kökü milli ekstremizmdə olan orta əsr diktatura rejimi qurur.
“Öz vətəndaşlarına belə ədalətin olmadığı bir dövlətdə ermənilərin ədalətli məhkəməsi ola bilməz. Nazirlər Komitəsi bu biabırçı prosesi necə dayandıra bilər?”- deyərək Armen Gevorqyan qeyd edib.







