BaşlıcaSiyasət

Yerevanda “ITF Armenia 2025” beynəlxalq turizm sərgisi keçiriləcək

Aprelin 4-6-da Ermənistanda “ITF Armenia 2025” Beynəlxalq Turizm Sərgisi və Biznes Forumu keçiriləcək.

ER Turizm Komitəsinin sədri Lusine Gevorqyan məlumat verdi ki, bu, turizm sektorunda görünməmiş hadisədir və bütün maraqlı tərəfləri bir məkanda birləşdirəcək.

“Turizm sektoruna yönəlmiş rəqəmsal həllərini təqdim edəcək İT şirkətlərinin iştirakı çox vacibdir. Qarşıdan gələn mühüm tədbirdə müxtəlif ölkələrdən həm dövlət qurumlarının, həm də özəl şirkətlərin nümayəndələri iştirak edəcəklər. Bu, həm də yerli və xüsusilə regional təşkilatlarımız üçün yeni tərəfdaşlar tapmaq üçün yaxşı fürsətdir”, – Lusine Gevorgyan bildirib.

Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan qeyd edib ki, iştirak coğrafiyası kifayət qədər genişdir. Regional qonşu ölkələr İran və Gürcüstan maraq göstərib və postsovet ölkələrindən, Avropa və Asiyadan cavablar var.

”Bu, həm beynəlxalq əməkdaşlığın təşviqi, həm də daxili turizmin inkişafı baxımından çox yaxşı fürsətdir”,- o deyib.

Daha çox göstər
Back to top button