BaşlıcaSiyasət

Parlament sədri:  “Eskalasiya təhlükəsi var, amma səbəb və əsas yoxdur”

Eskalasiya təhlükəsi var, lakin eskalasiyaya səbəb və əsas yoxdur. Alınan məlumata görə, bu mövqeni Ermənistan palamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

 O, Bakının kommunikasiyaların açılması mövzusunu mümkün təcavüz üçün əsas kimi istifadə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Simonyan eskalasiya üçün əsas yaradılması ilə bağlı bunları qeyd edib: “Biz həmişə elə etməliyik ki, belə bir səbəb və əsas olmasın”.

O xatırladıb ki, Ermənistan dəfələrlə heç bir ərazi iddiasının olmadığını bəyan edib, üzərinə götürdüyü öhdəliklərə və razılaşmalara ciddi şəkildə əməl edir və mübahisəli məsələlərin həlli istiqamətində işləri ardıcıl davam etdirəcək.

“Eskalasiya təhlükəsi var, amma eskalasiya üçün səbəb və əsas, düşünürəm ki, yoxdur və olmamalıdır” – deyə parlament sədri vurğulayıb.

Baş nazir Nikol Paşinyan öz məqaləsində qeyd etmişdi ki, Azərbaycanın ən çox manipulyasiya etdiyi və ya eskalasiyaya səbəb kimi göstərdiyi mövzu regional kommunikasiyalar məsələsidir.

Daha çox göstər
Back to top button