BaşlıcaSiyasət

ABŞ respublikaçıları Yunanıstanı Türkiyədən daha etibarlı müttəfiq hesab edirlər

Martın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında bir sıra konqresmenlər Ankaranın yürütdüyü siyasətə toxunublar.

Hazırda ABŞ-da çoxluq təşkil edən respublikaçılar daha çox Türkiyən ilə bağlı tənqidi açıqlamalar veriblər.

Konqresmen Dina Titus Yunanıstanı ABŞ üçün regionda daha etibarlı və ardıcıl müttəfiq hesab edərək deyib: “Mən Türkiyəni çox etibarlı müttəfiq hesab etmirəm”.

Titusun partiya yoldaşı Culi Consen də onlardan çox şey gözlədiklərini, lakin pis münasibət sərgilədiklərini bildirib.

“Kiçik uşaqlar kimi davranırlar”.

Türkiyə mətbuatında Demokratiyaları Müdafiə Fondunun baş direktoru Conatan Şenzer də ABŞ-ın Türkiyəyə qarşı addım atmamasını yanlış hesab edib.

Bundan əlavə, o, Ərdoğanı demokratik nizama inanmamaqda ittiham edib.

Daha çox göstər
Back to top button