BaşlıcaSiyasət

Mirzoyan Gümri-Qars dəmir yoluna toxunub

Mirzoyan qeyd edib ki, onlar açıq şəkildə bildirdik ki, diplomatik münasibətlərin qurulmasında əsas məqsəd Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasıdır. Həmin sərhədi 34 il əvvəl Türkiyə tərəfi bağladı.

”.Biz razılaşdıq ki, birinci mərhələdə sərhəd üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açıla bilər. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

Türkiyəli tərəfdaşlarımızdan eşidirik ki, onlar Ermənistanla Azərbaycan arasında münasibətlər yekun şəkildə normallaşana qədər Ermənistanla sərhədlərin tam açılmasında təmkin nümayiş etdirirlər.

Artıq erməni və türk mütəxəssisləri Gümri-Qars dəmir yolunun vəziyyətini öyrənirlər. Artıq bu proseslər gedir.

Bakıda hələ də sahnələşdirilmiş məhkəmə proseslərindən keçən erməni əsirlər var. Biz inanırıq ki, onların dərhal azad edilməsi erməni və Azərbaycan xalqları arasında davamlı sülhün bərqərar olmasına töhfə verə bilər”, – Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button