
İsrail Azərbaycanla münasibətlərini yenidən nəzərdən keçirməlidir. The Jerusalem Post qəzetində dərc olunan məqalədə bu fikir irəli sürülüb.
Məqalədə qeyd edilir ki, Netanyahu hökuməti və onun tərəfdarları Trump administrasiyasında lobbiçilik edərək, “İbrahim sazişlərində” Azərbaycanın iştirakını təmin etməyə çalışıblar.
Onlar ABŞ, Azərbaycan və İsrail arasında “üçtərəfli əməkdaşlığın möhkəm əsasını” yaratmağa ümid ediblər. Lakin bu yanaşmanın qeyri-müəyyən olduğu vurğulanır.
Azərbaycan “Qərb yönümlü ölkə deyil. Onun lideri diktator İlham Əliyev insan haqlarına hörmət etmir, ölkənin neft və qaz ehtiyatlarını alqı-satqı diplomatiyası” və geosiyasət alətinə çevirib.
Azərbaycanda hökumətin müxalifətə və tənqidçilərə təzyiqləri geniş yayılıb, mətbuat azadlığı isə yoxdur.
“Azərbaycanın Ermənistana qarşı təcavüzü aşkar şəkildə müşahidə olunub.
Bakı erməni xalqına qarşı törədilmiş müharibə cinayətlərinə, o cümlədən 2023-cü il sentyabrda 120 minə yaxın erməninin Dağlıq Qarabağdan (onların dədə-baba yurdundan) etnik təmizlənməsinə cavab verməlidir.
Bu, 1915-ci il Soyqırımından sonra ermənilərin ən böyük deportasiyasıdır”- deyə məqalədə qeyd olunur.
Azərbaycan qanunsuz olaraq saxladığı erməni əsirləri, o cümlədən humanitar insan Ruben Vardanyanı azad etməlidir.
“Genosidə nəzarət” kimi təşkilatlar və Luis Moreno Okampo kimi mütəxəssislər Azərbaycanın hərəkətlərini soyqırım adlandırıblar.
Məqalənin müəllifləri bildirir ki, İsrail realpolitika adı altında insan haqlarını pozan belə bir ölkə ilə əməkdaşlıq etməməlidir.







