
3 avqust 2025-ci ildə qlobal superulduz Cennifer Lopez Yerevanda çıxış edəcək. “Zartonk Media” xəbər verir ki, müğənni “Up All Night” dünya turnesi çərçivəsində Ermənistana da səfər edəcək.
İyulun 1-də Türkiyədən başlayacaq tur Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini əhatə edəcək.
O, Ermənistandan əvvəl Türkiyə, Misir, İspaniya, Macarıstan, İtaliya, Polşa, Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan şəhərlərində konsertlər verəcək.







