BaşlıcaSiyasət

Ərəbşünas:  “ABŞ Türkiyəni Suriyada sabitliyin saxlanmasının əsas amili hesab edir”

Ərəbşünas Hayk Koçaryanın fikrincə, Donald Trampın hakimiyyətə gəlişindən sonra Birləşmiş Ştatlar Suriya məsələsində ümumiyyətlə Türkiyə ilə əməliyyatları uyğunlaşdırmağa çalışır, Ankaranı sabitliyin qorunmasında əsas amil sayır.

Jurnalist ilə müsahibəsində Hayk Koçaryan Suriyada baş verən hadisələrə və həmin ərəb ölkəsi ətrafında inkişaf edən proseslərə toxundu. Bu proseslərdə həm böyük dövlətlər, həm də regional güclər iştirak edir.

“ABŞ-nin Suriyadakı hərbi kontingentinin sayını qismən azaltmasının səbəbi kürd faktoru ilə bağlıdır. Çünki vahid Suriya yaradılması yolunda ən böyük problem məhz kürd faktorudur.

Əgər kürdlər güclü olarsa və Suriyanın şərq regionlarında üstünlük təşkil etməyə davam etsələr, bu Dəməşqin müzakirə masasındakı mövqeyini zəiflədəcək.

 Buna görə də kürdlərə dəstək verən ABŞ bu addımla onları Suriyanın faktiki hakimiyyəti ilə danışıqlar masasına oturmağa məcbur etməyə çalışır.

Əslində ABŞ öz məqsədinə çatmaq üçün kürdlərə dəstəyini beləcə azaltmaq istəyir” – deyə Koçaryan bildirib.

Ərəbşünasın qeydinə görə, Tramp ümumiyyətlə maliyyə-iqtisadi mülahizələrlə hərəkət edir və digər regionlardan da ABŞ hərbi kontingentini çıxarmağa və ya sayını azaltmağa çalışır.

Yəni, müxtəlif regionlarda qlobal oyunçu problemlərin həllini regional dövlətlərə buraxaraq uzaqlaşmağa çalışır. Eyni zamanda, ABŞ İran, Rusiya və Türkiyənin növbəti addımlarını diqqətlə izləyir.

“Təbii ki, NATO-da olan çəkisi nəzərə alınmaqla, Türkiyəyə ümumi siyasətdə kifayət qədər geniş yer ayrılıb. Burada şəxsi amil də var, çünki Tramp artıq bildirib ki, Erdoğan güclü liderdir və onlar bir-birlərini yaxşı başa düşürlər” – deyərək ərəbşünas qeyd edib.

Türkiyə prezidenti Erdoğanın “Ankara heç bir halda Suriyanın parçalanmasına imkan verməyəcək” bəyanatına toxunan Koçaryan vurğulayıb ki, türk liderin mövqeyini yuxarıda deyilənlər kontekstində nəzərə almaq lazımdır.

“Erdoğan aydın görür ki, Suriya məsələsində maraqlı digər oyunçu İsraildir. İsrail öz növbəsində müzakirələrdə iştirak etməli olduğunu iddia edərək, məsələyə etiraz edir. Burada daha çox Suriya ərazisində Türkiyə-İsrail qarşıdurmasından bəhs olunur.

Erdoğanın bəyanatı məhz İsrailə yönəlib. İsrail müxtəlif yollarla yerli druz icmalarını və Suriyanın şərq regionlarında baş verən hadisələri dəstəkləyir. Aydındır ki, bundan əlavə İsrail, kürdləri müttəfiq kimi istifadə edərək, sözdə “Davud dəhlizi”ni açmaq istəyir.

Yəni, kürd yaşayan regionların dəstəyinə arxalanaraq, onları birləşdirib şiələrlə sünnilər arasına soxmaq niyyətindədir. Erdoğan məhz bu perspektivi nəzərə alaraq, Türkiyənin Suriyanın bölünməsinə imkan verməyəcəyini bildirir” – deyə müsahibəmiz izah etdi.

Aydındır ki, Suriyada baş verən hadisələrə İran və Rusiya da big qalmır. Məsələn, Rusiya tərəfi Dəməşqdə

“Rus evi”ni yenidən açmaq üçün danışıqlar aparır, İran tərəfi isə Suriya hakimiyyətindən təhlükəsizlik zəmanətləri tələb edir. Koçaryan Suriyada İran və Rusiyanın nüfuzunun bərpası perspektivindən danışarkən qeyd edib ki, bu, bir sıra amillərdən asılıdır.

“Mövcud mərhələdə belə bir şeyin baş verməyəcəyi aydındır. Lakin bu, Dəməşqin bu ölkələrlə münasibətləri yaxşılaşdırmaq və problemləri həll etmək cəhdlərindən əl çəkəcəyi mənasını vermir. Ümumiyyətlə, Suriyanın faktiki hakimiyyətinin yalnız Türkiyədən asılı olması zəruri deyil” – deyə ərəbşünas sözlərini tamamladı.

Daha çox göstər
Back to top button