BaşlıcaSiyasət

Azərbaycan AİHM qərarlarının cəmi 36 faizini icra edib: hüquqşünas

Cənubi Qafqaz ölkələrindən məhkəmə sistemi baxımından ən çətin vəziyyət Azərbaycandadır.

Avropa Hakimlər Assosiasiyasının (EAJ) Yerevanda keçirilən illik toplantısında Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Sahakyan ABŞ Dövlət Departamentinin hesabatlarına və AİHM qərarlarına əsaslanan bəzi rəqəmləri təqdim edib.

Hüquqşünasın sözlərinə görə, Ermənistanda məhkəmə sistemində islahatlar prosesi strategiyasız gedir və Ali Məhkəmə Şurası müstəqil qurum kimi qəbul edilmir. Gürcüstanda hüquq sistemi işlərin bölüşdürülməsi, hakimlərin təyin edilməsi və karyera yüksəlişi ilə bağlı qərarlar qəbul edən məhkəmə klanı tərəfindən idarə olunur. Məhkəmələrdən hakimiyyət tərəfindən təzyiq aləti kimi istifadə edilən Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Çıxarılan “etiraflar” əsasında qərarlar verilir, media və müxalifət təqiblərə məruz qalır. Ölkədə azı 250 siyasi məhbus var.

Rəsmi məlumata görə, AİHM Ermənistana qarşı insan haqlarının pozulması ilə bağlı 27, Azərbaycana qarşı 93, Gürcüstana qarşı 15 qərar qəbul edib.

AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulması ilə bağlı 31 qərar qəbul edib. Onlardan 11-i Azərbaycanın əleyhinədir, yəni üçdə birindən çoxu, bu da total siyasi müdaxilədən xəbər verir.

AİHM qərarlarının icrasına gəlincə, Ermənistan Respublikası 214 qərardan 140-ı və ya 65 faizini icra edib. Gürcüstan 194 qərardan 118-ni və ya 61 faizini icra edib. Azərbaycan 535 qərardan yalnız 192-ni və ya 36 faizini icra edib. Yəni Azərbaycan burada da beynəlxalq öhdəliklərinə əməl etmir.

Daha çox göstər
Back to top button