Siyasət
Alen Simonyan Rusiya və Qərblə münasibətlərə toxunub

Ermənistanın hər iki Qərb dövlətləri ilə yaxşı münasibətləri var və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq.
Bunu Alen Simonyan bildirib.
“Biz nə qərbpərəstik, nə də rusiyapərəst, biz ermənipərəstik və Ermənistanın gündəminə xidmət edirik. Biz bir ifratdan digərinə gedə bilmərik.
Ermənistanın Fransa ilə, ABŞ ilə yaxşı, dostluq münasibətləri var və Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışacaq. Amma bu o demək deyil ki, Rusiya, ABŞ və ya başqası burada hakimiyyətə öz əlaltılarını yerləşdirməyə və Ermənistan iqtisadiyyatını ələ keçirməyə çalışmalıdır”,- Simonyan qeyd edib.







