Gürcüstandan Ermənistan, Azərbaycan və daha 10 ölkənin vətəndaşları deportasiya edilib

Son iki həftə ərzində Gürcüstandan qanuni əsası olmadan ölkədə qalan 41 xarici vətəndaş deportasiya edilib. Bu barədə “Novosti Gruziya” xəbər agentliyinə Gürcüstan Daxili işlər nazirliyinin mətbuat xidməti məlumat verib.
Deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan və Zimbabve vətəndaşları olub. Hamısının ölkəyə girişi qadağan edilib.
İyun ayı ərzində Gürcüstandan cəmi 124 xarici vətəndaş deportasiya edilib. 2025-ci ilin ilk yarısında isə bu rəqəm 525 nəfər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 280% artım deməkdir.
Daxili işlər nazirliyinin statistikasına görə, 2024-cü ildə qanunsuz miqrantların sayı 430, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 nəfər olub.
Son illərdə polis qanunsuz miqrantlara qarşı reydlərini tez-tez həyata keçirir, hökumət isə immiqrasiya qanunlarını sərtləşdirməyə başlayıb.







