Ermənistanda respondentlərin əksəriyyəti silahlı qüvvələrin işindən razıdır

Beynəlxalq Respublika İnstitutu Ermənistanda vətəndaşların Ermənistan Respublikasının müxtəlif strukturlarının işindən nə dərəcədə razı və ya narazı olduğunu öyrənmək üçün sosioloji sorğu keçirib. “Armenpress”in məlumatına görə, sorğuda iştirak edən vətəndaşların 72 faizi Ermənistan Respublikası Silahlı Qüvvələrinin işindən razı qaldığını, 24 faizi narazı olduğunu, 4 faizi isə çətinlik çəkdiyini və ya cavab verməkdən imtina etdiyini bildirib.
Respondentlərin 58 faizi Erməni Apostol Kilsəsinin fəaliyyətindən razı qaldığını, 35 faizi narazılığını, 6 faizi isə çətinlik çəkdiyini və ya cavab verməkdən imtina etdiyini bildirib.
Rayon administrasiyalarının işindən 56 faiz razı, 33 faiz narazı, 11 faiz isə çətinlik çəkib və ya cavab verməkdən imtina edib.
Polisin işindən 54 faiz razı, 41 faiz narazı, 4 faiz isə çətinlik çəkib və ya cavab verməkdən imtina edib.
Silahlı Qüvvələrin rəhbərliyinin işindən 48 faizi razı, 44 faizi narazı, 8 faizi isə çətinlik çəkib və ya cavab verməkdən imtina edib.
Yerli özünüidarə orqanlarının işindən 52 faiz razı, 42 faiz narazı, 7 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Milli Təhlükəsizlik Xidmətinin işindən 46 faiz razı, 42 faiz narazı, 11 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Hüquq müdafiəçisinin işindən 44 faiz razı, 41 faiz narazı, 15 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Respondentlərin 38 faizi Baş nazirin aparatının işindən razı, 58 faizi narazı, 4 faizi isə cavab verməkdə çətinlik çəkir və ya imtina edib.
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının işindən 35 faiz razı, 55 faiz narazı, 9 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Prokurorluğun işindən 35 faiz razı, 47 faiz narazı, 18 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Yerevan Bələdiyyəsinin işindən 33 faiz razı, 65 faiz narazı, 2 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Prezident Administrasiyasının işindən 32 faiz razı, 53 faiz narazı, 17 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Məhkəmələrin işindən 31 faiz razı, 52 faiz narazı, 16 faiz çətinlik çəkir və ya cavab verməkdən imtina edib.
Respondentlərin 24 faizi Parlamentin işindən razı, 72 faizi narazı, 4 faizi isə çətinlik çəkir və ya cavab verməkdən imtina edib.







