
ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Azərbaycan mətbuatı ABŞ prezidentinin Bloomberg-in jurnalisti Castin Sink-ə göndərdiyi görüş gündəliyinə istinadən məlumat yayıb.
Gündəliyə əsasən, saat 14:30-da prezident Tramp Ermənistanın baş naziri ilə ikitərəfli görüş keçirəcək. Vaşinqton vaxtı ilə avqustun 8-də, saat 15:20-də Tramp Azərbaycan prezidentini qəbul edəcək, saat 16:00-da isə Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə birgə bəyanatla çıxış edəcək.








