
Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Sülh Nobel Mükafatı verilməsi barədə Beynəlxalq Nobel Komitəsinə birgə müraciət göndərmək qərarına gəliblər.
“Armenpressə”Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
8 avqustda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında keçirilən danışıqlara və imzalanmış sənədlərə istinad edən baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub və bu işdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolu qiymətsizdir.
“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub. Bu işdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolu qiymətsizdir.
Məhz bu səbəbdən Azərbaycan Prezidenti ilə cənab Trampa Sülh Nobel Mükafatı verilməsi barədə Beynəlxalq Nobel Komitəsinə birgə müraciət göndərmək barədə razılığa gəldik” – deyə Nikol Paşinyan qeyd edib.
Ermənistan və Azərbaycan arasında ABŞ-nin vasitəçiliyi ilə 8 avqustda bəyannamənin imzalanmasından sonra keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri bildirib ki, Donald Tramp Sülh Nobel Mükafatını almağa layiqdir.
Azərbaycan Prezidenti isə Ermənistanın baş nazirinə ABŞ Prezidenti Donald Trampə Sülh Nobel Mükafatı verilməsi barədə Beynəlxalq Nobel Komitəsinə birgə müraciət göndərməyi təklif edib.







