BaşlıcaSiyasət

AB səfiri:  “Ermənistana AB-nin Genişlənmə üzrə Komissarı Martya Kosinin səfəri planlaşdırılır”

Sentyabrda AB-nin Genişlənmə üzrə Komissarı Martya Kosinin Ermənistana səfəri planlaşdırılır. Bu haqda  CivilNet-ə verdiyi müsahibədə AB səfiri Vasilis Maraqos bildirib.

Martya Kos hələ iyul ayında Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı qeyd etmişdi ki, yaxın gələcəkdə birgə proqram və təşəbbüsləri daha konkret müzakirə etmək üçün Ermənistana səfər etməyi planlaşdırır.

Səfir Vasilis Maraqosun sözlərinə görə, Martya Kosin səfəri zamanı xüsusilə 270 milyon avro büdcəli “Ermənistanın Davamlılığı və Artımı” proqramının həyata keçirilməsi və Ermənistanın AB-nin Yaxınlaşma Gündəmindən necə faydalana biləcəyi müzakirə olunacaq.

 “Dünyada AB-nin son bir neçə il ərzində öz öhdəliklərini artırdığı ölkələr azdır. Keçən il Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi 270 milyon avro büdcəli “Ermənistanın Davamlılığı və Artımı” proqramı AB tərəfindən Ermənistana verilən maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artdığını sübut edir”- deyə səfir qeyd edib.

Maraqosun sözlərinə görə, bu proqram Ermənistanda AB-nin məşğuliyyətinin əsas elementlərindən biridir. Səfirin fikrincə, Avropa Birliyi ilə Ermənistan arasındakı münasibətlər heç vaxt indiki qədər sıx olmayıb.

 “Biz nəticələr əldə etməyə çalışırıq ki, bu nəticələr Ermənistan vətəndaşlarının həyatına müsbət təsir göstərsin. Biz islahatların həyata keçirilməsinə, qaçqınlara dəstək göstərilməsinə və ölkəni AB-yə yaxınlaşdıran, onun meyarlarına uyğun gəlməyə və uyğunlaşdırmağa kömək edən tədbirlərə dəstək veririk”- deyə səfir vurğulamışdır:

AB-yə Ermənistan Respublikasının üzvlük prosesinin başlanması haqqında qəbul edilmiş qanunu xatırladan səfir bildirib ki, AB ilə daha sıx münasibətlər qurmaq istiqamətində irəliləmə artıq konkret nəticələr verir.

Səfir bildirib: “Regionda sülh və tənzimləmə AB-nin öhdəliyidir. Və əlbəttə, üzvlük də mümkündür. Bildiyiniz kimi, bu müraciətlə başlayır.

Bu, əlbəttə, hər iki tərəfin bu məsələdə öz iradələrini irəli sürməsini tələb edir. Üzv dövlətlərin tam, səs birliyi ilə dəstəyi də çox vacibdir.

Bu, çox səy tələb edən prosesdir. Artıq qeyd etdiyiniz kimi, erməni xalqı mahiyyətcə bilir ki, bu nə qədər səy tələb edir”.

AB səfirinin sözlərinə görə, 29 iyun tarixində AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın Ermənistana səfəri bir sıra yeni imkanlar gətirib.

 “Yaxınlarda Qara dəniz stratejiyası ilə bağlı razılığa gəldik, bu da region, o cümlədən Ermənistan üçün yeni imkanlar yaradacaq. Təhlükəsizlik sahəsində də əməkdaşlığımızda irəliləyiş var.

Artıq Ermənistanda AB missiyasından danışdım, lakin həmçinin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrə başladıq və Ermənistan artıq Sülh üçün Avropa İnstrumentindən (Avropa Sülh Fondu) istifadə edir”-  deyərək Səfir vurğulamışdır:

AB səfiri Vasilis Maraqosun fikrincə, bunlar elə imkanlardır ki, onların həyata keçirilməsi faktiki olaraq hər iki tərəfdən, xüsusilə də Ermənistan hökumətinin, erməni xalqının bu imkanlardan yararlana bilmək bacarığından asılıdır.

Daha çox göstər
Back to top button