Siyasət
Əliyev Vaşington sənədindən danışıb

Azərbaycan prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, avqustun 8-də Ağ Evdə baş verən hadisə faktiki olaraq Ermənistanla qarşıdurmanın başa çatması və dalandan çıxması deməkdir. Onun sözlərinə görə, Vaşinqtonda imzalanan bəyannamə Ermənistan üçün təhlükəsizliyin və davamlı inkişafın təminatıdır.
O qeyd edib ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Onun sözlərinə görə, bu iki dövlət arasında olan razılaşmadır.
“Tramp yolu” haqqında danışan Əliyev qeyd edib ki, o, qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək və İran üçün təhlükə yaratmır.







