BaşlıcaSiyasət

ABŞ NÜMAYƏNDƏLİYİ BAKIDADIR: “TRIPP MARŞRUTU EURASİYADA STRATEJİ NƏQLİYYAT ARTERİYASINA ÇEVİRİLƏCƏK”

Amerikan İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş Direktoru Kennet Allen bildirib ki, TRIPP marşrutu Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin vacib elementi olub, uzun müddətdir məsafə ilə ayrılmış Azərbaycan regionlarının yenidən birləşməsinə xidmət edəcək.

Bu haqda Allen ABŞ-nin rəsmi ticarət missiyasının nümayəndə heyətinin Orta Dəhlizlə bağlı Azərbaycana səfərindən sonra keçirilən brifinqdə açıqlayıb.

“Təxminən 42 km uzunluğundakı bu birləşdirici marşrut təkcə göstərilən əraziləri birləşdirməyəcək, həm də Orta Dəhliz üçün yeni imkanlar yaradacaq.

Orta Dəhlizin əsas məqsədi Şərq və Qərb, yəni Avropadan Çinə və əksinə əmtəənin daha sürətli və effektiv hərəkətini təmin etməkdir.

Qazaxıstandan Azərbaycan vasitəsilə Gürcüstana və Qara dəniz limanlarına çatan Orta Dəhliz marşrutu ilə Qazaxıstandan Azərbaycan vasitəsilə və sonra Türkiyəyə keçən alternativ marşrut bir-birini tamamlayır.

Hər iki marşrut üçün kifayət qədər ticarət həcmi mövcuddur. Əslində, TRIPP Eurasiyada əmtəə hərəkəti üçün əlavə və strateji nəqliyyat arteriyasına çevriləcək”- deyə Allen  qeyd edib.

Azərbaycan mətbuatının məlumatına görə, Allen həmçinin qeyd edib ki, ABŞ şirkətləri “Tramp marşrutu” (Azərbaycan mətbuatının bəzi nümayəndələri “Zəngəzur dəhlizi” terminindən istifadə edir) ilə əlaqəli layihələrdə və tenderlərdə iştirak etməkdən, təkliflərini təqdim etməkdən məmnun olacaqlar.

“TRIPP marşrutu ilə bağlı bir sıra geosiyasi amillər var:

Bir tərəfdən Rusiya, digər tərəfdən İran bu dəhlizin açılmasını istəmir. Türkiyə dəhlizin açılmasını dəstəkləyir. Ermənistan da bu proseslə maraqlanır, çünki marşrutla daşınan yüklərdən gömrük rüsumu almaq onlar üçün sərfəli olacaq.

 Hesab edirəm ki, bu proses müəyyən təhlükəsizlik zəmanətləri, həmçinin diplomatik səyi tələb edəcək. Amma bu iqtisadi inkişafdan fərqli məsələdir”- deyə Allen bildirib.

Allen həmçinin qeyd edib ki, “Trump marşrutu” hazırda ilkin mərhələdədir:

“Buna baxmayaraq, yol istismara verilib fəaliyyətə başlayan zaman ABŞ şirkətləri tenderlərdə iştirak etməkdən və layihələrə qoşulmaqdan şad olacaqlar.

Hansı şirkətin daha əlverişli şərtlər təklif edəcəyi daha sonra bəlli olacaq”.

Qazaxıstandakı Amerika Ticarət Palatasının İcraçı Direktoru Cef Erlix isə vəziyyəti şərh edərək bildirib ki, ABŞ şirkətləri dünyanın aparıb sürükləyən biznes strukturlarıdır:

“Amerikan texnologiyaları, maliyyə resursları, təcrübəsi və məhsulları böyük tələbat var. Ümid edirəm ki, bu istiqamətdə müəyyən imkanlar yaranacaq”.

Əlavə edək ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ nümayəndələri ilə Orta Dəhlizin inkişafını müzakirə edib.

Daha çox göstər
Back to top button