BaşlıcaSiyasət

ER Prezidentinin sərəncamı ilə səfir Mehdi Sobhani “Dostluq” ordeni ilə təltif olunub

Ermənistan Prezidenti  Administrasiyasından verilən məlumata görə, Prezident Vahagn Xaçatryanın sərəncamı ilə Ermənistandakı İranın səfiri Mehdi Sobhani “Dostluq” ordeni ilə təltif edilib.

“Sərəncamda deyilir:

Baş nazirin təqdimatını, Konstitusiyanın 136-cı maddəsini və “Ermənistan Respublikasının dövlət təltifləri və fəxri adları haqqında” qanunun 5.3-cü maddəsinin 1-ci hissəsini əsas götürərək – Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin erməni-iran dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafında göstərdiyi mühüm xidmətlərə görə İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi SOBHANİ “Dostluq” ordeni ilə təltif edilsin”.

Daha çox göstər
Back to top button