BaşlıcaEkonomika

Baş nazir: “Kommunikasiyaların açılması Ermənistanın, İranın və Azərbaycanın tranzit potensialını artıracaq”

Kommunikasiyaların açılması nəticəsində Ermənistan ilə İran arasında dəmir yolu əlaqəsi qurulacaq. Bunu sentyabrın 18-də jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun fikrincə, bu, iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və Ermənistanın, İranın, həmçinin Azərbaycanın tranzit potensialını yüksəldəcək.

Paşinyan əlavə edib ki, dəmir yolu məsələsində Ermənistanın və İranın tranzit əhəmiyyəti artsın, amma Naxicevanın artmasın – bu, mümkün deyil.

O həmçinin əmin edib ki, “Şimal–Cənub” magistralı yaxşı templərlə tikilir. “Biz İranla iqtisadi əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəlmişik” – deyə Ermənistanın Baş naziri yekunlaşdırıb.

Daha çox göstər
Back to top button