BaşlıcaSiyasət

Sülh var, amma atmosfer hələ hazır deyil

Beynəlxalq müxtəlif platformalarda Ermənistan və Azərbaycan rəhbərləri artıq yaxın dostlar kimi təqdim olunur. Buna misal olaraq, Yaxın Şərq üzrə Sülh Sammitində ABŞ Prezidentinin 8 avqustda Vaşinqtonda imzalanan sülh sazişini “uğur hekayəsi” kimi təqdim etməyini göstərmək olar.

Trump hətta qeyd edib ki, 32 illik münaqişə bir saat ərzində həll edilib. Lakin hələ də həlli gözləyən çoxsaylı problemlər var və onlar olmadan sabit sülh qurmaq çətin olacaq.

Ermənistan Baş naziri də bu yaxınlarda həssas məsələlər haqqında danışıb. Paşinyanın fikrincə, təsdiqlənən sülh yaxşı mühit yaradacaq və bundan sonra tədricən digər həssas məsələlərə, o cümlədən cəmiyyətlərin hazırlığına keçid edilməlidir.

Ermənistanın müxtəlif ictimai və siyasi qatlarının nümayəndələri BMT-nin İrəndakı nümayəndəliyinə öz narazılıqlarını bildirib və BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanlanan müraciətində təşkilatın qərəzsizlik və ədalət prinsiplərinə qayıtmasını tələb ediblər.

Ermənistanda 17 fevral 2025-ci ildə BMT-nin müvafiq komissiyasının araşdırması və qərarı səs-küyə səbəb olub. Bu sənədlə BMT Azərbaycan tərəfindən erməni ictimai xadimlərinin, xüsusən də Ruben Vardanyanın həbs olunması faktını qiymətləndirib.

Bu məsələdə maraqların toqquşmasını Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okampo qeyd edib və etiraz aksiyasının iştirakçıları da bunu əsas gətirərək təşkilatdan yeni və qərəzsiz hesabat tələb ediblər.

Etiraz edənlər arasında Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan da var idi.

“Onlar Ruben Vardanyanla bağlı öz qənaətlərini təqdim ediblər, sanki bu həbs qeyri-qanuni deyilmiş. Bu o deməkdir ki, onlar Əliyev rejiminin addımlarını haqlayıb və bunu qanuni həbs hesab ediblər.

 Bu yaxınlarda Luis Okampo açıq mənbələrdən öyrənib ki, bu xanım – Yohanna Yutkivskanın SOCAR-la sıx əlaqələri var. Onun əri Azərbaycan köklü olub Ukraynada ictimai fəaliyyətlə məşğuldur və bu şəraitdə aydın olur ki, Azərbaycan, eyni Əliyev, onları satın ala bilib və onlar BMT-nin nizamnaməsinə zidd iş görüblər.

Bu və ya digər tərəflə əlaqəsi olan şəxs komissiyanın rəhbəri ola bilməz. Buna görə də biz cənab Quterreşə müraciət edirik ki, onlar öz qaydalarına sadiq qalsınlar və biz tələb edirik ki, bu xanım komissiyadan uzaqlaşdırılsın və yeni araşdırma aparılsın”.

Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edərkən, Azərbaycanın paytaxtı Bakıda Qarabağın keçmiş yüksək vəzifəli şəxslərinə qarşı məhkəmə prosesləri davam edir.

Hazırda Azərbaycanda saxlanılan 23 əsirdən 16-sının işləri iki ayrı məhkəmə prosesi çərçivəsində dinlənilir. Bunlardan biri Ruben Vardanyana aiddir, digəri isə Qarabağın hərbi-siyasi rəhbərliyinin 7 nümayəndəsi və hərbi əməliyyatlarda bilavasitə iştirak etmiş 8 şəxsə aiddir.

Digər hərbi əsirlər artıq 15-20 il həbs cəzasına məhkum ediliblər.

Beynəlxalq hüquq mütəxəssisi Yeğişe Kirakosyan Bakıdakı hərəkətləri sülh prosesinə zidd hesab edir. Mütəxəssis Bakıdakı məhkəmə proseslərini tək tərəfli həqiqəti qəbul etdirmə cəhdi və onun mümkün nəticələri kimi qiymətləndirir.

“Mənim şəxsi və peşəkar düşüncəmə görə, sülh ilk növbədə humanitar məsələlərin düzgün həllini nəzərdə tutur. Mən sülh məntiqini, xüsusilə də əsirlərin qaytarılması məsələsini belə başa düşürəm.

 Nə üçün Cenevrə Konvensiyaları münaqişə tərəfləri arasında əsirlərin dərhal qaytarılması öhdəliyini nəzərdə tutur?

Bütün bu fəlsəfə məhz buna əsaslanır ki, siz hərbi əməliyyatları dayandırdıqdan sonra saxlanılan şəxsləri tez bir zamanda qaytarmalısınız və bu, sülhün ən vacib komponentlərindən biridir”.

Bakıda ermənilərə qarşı aparılan məhkəmə proseslərinin qərəzsizliyi beynəlxalq müxtəlif qurumlar və mütəxəssislər tərəfindən dəfələrlə şübhə altına alınıb.

Azərbaycanın dövlət informasiya vasitələri bildirib ki, son məhkəmə iclasında bir sıra sənədlər təqdim olunub.

Xüsusilə, Qarabağ Respublikasının Müdafiə Ordusunun “Varlıq döyüşü” verilişi müzakirə olunub. Sənədlərdən biri də “Durna Komitəsi” ictimai-siyasi təşkilatının yaradılması və fəaliyyətinə aid olub.

Məhkəmə prosesində Ermənistan Respublikasının Müdafiə Nazirliyinin yaradılması və təşkili ilə bağlı bir sıra məlumatlar da müzakirə olunub.

Həmçinin Ermənistan Silahlı Qüvvələrinə aid bir sıra sənədlər dərc edilib. Növbəti iclas 16 oktyabr tarixinə təyin edilib.

Bakıda saxlanılan ermənilərin əksəriyyəti Azərbaycan tərəfindən 2020-ci ilin 44 günlük müharibəsindən sonra, daha çox sayda isə 2023-cü ildə əsir götürülüb.

Sülhün təsdiqi Bakıda saxlanılan erməni əsirlərinin problemlərinin həlli üçün vacib amildir.Bu haqda  Yerevanda “Aurora”nın həmtəsisçisi, iş adamı Nubar Afeyan  qeyd edib.

“Artıq iki ildir ki, biz kifayət qədər iş görürük və mümkün olan hər şeyi edirik – həm digər ölkələrin rəhbərləri, həm də buradakı hökumət diqqət yetirir.

Ümid edirəm ki, uğur qazanacağıq. Mən bilirəm ki, bu material vacibdir və müxtəlif ölkələr də bu məsələni danışıqlara gətirir.

Ümid edirəm ki, nəhayət, bu sülh prosesində sülh və ədalət bərqərar olacaq. İnanıram ki, sülh vacibdir”.

Bir neçə gündür Polşanın paytaxtında ATƏT/İİƏ-nın konfransı keçirilir, burada Ermənistan və Azərbaycandan da vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.

 Oradakı mühit, erməni iştirakçıların sözlərinə görə, sübut edir ki, cəmiyyətlərin hələ çox işi var və həll olunmayan çox məsələ qalıb.

“İnformasiyalı vətəndaşlar birliyi” ictimai təşkilatının qurucusu Daniel İoannisyana görə, müzakirələrdən birində Azərbaycan nümayəndəsi ilə uzun mübahisə olub.

Çünki o çıxışında Meğri rayonunun Nrnadsor (keçmiş Nyuvadi) kəndini Azərbaycanın bir hissəsi kimi təqdim edib. İoannisyan belə təzahürləri dövlət tərəfindən dəstəklənən siyasətin aydın nümunəsi və Ermənistana qarşı ərazi iddiaları hesab edir.

Bu kimi problemlər xüsusilə “ksenofobiya və irqçilik” mövzusunda müzakirələr zamanı geniş şəkildə müzakirə olunub. “Bərabər hüquqlar uğrunda” İctimai Birliyinin sədri Qayane Abrahamyan dövlət səviyyəsində təşviq olunan erməni əleyhdarlığının müxtəlif nümunələrini – Ramil Səfərovdan tutmuş Ermənistan ərazisində sərhəd yaxınlığındakı kəndlərdə vətəndaşların öldürülməsinə və ya “eko-aktivistlər” adlandırılan şəxslərə qədər xatırladıb.

Bu ictimai xadim iddia edir ki: “Bütün bu, deyilən sözlə, “aktivistlər” heç cəzalandırılmayıb, heç cinayət məsuliyyətinə cəlb olunmayıb, əksinə Əliyev rejimi tərəfindən qəhrəmanlaşdırılıb və təşviq edilib.

Təəssüf ki, bu erməni əleyhdarlığı siyasəti davam edir və hətta indi də, sülh sazişi artıq imzalanandan sonra belə dayanmayıb. Halbuki cəmiyyətlər arasında etimadın formalaşması son dərəcə vacibdir.

Amma bu yalnız o halda mümkün olacaq ki, belə cinayətlər cəzalandırılsın, cinayət işləyənlər qəhrəmanlaşdırılmasın və təşviq olunmasın”.

İctimai xadim qeyd edir ki, real, uzunmüddətli və sabit sülh yalnız o halda mümkündür ki, Azərbaycan erməni əleyhdarlığı siyasətini dayandırsın və Ermənistanın ərazi bütövlüyünə qarşı təhdidlərə son qoysun.

Daha çox göstər
Back to top button