BaşlıcaSiyasət

“Dözümlü Syünik. Komanda Avropa” təşəbbüsü çərçivəsində 200 milyon avroluq layihələr həyata keçirilir

“Dözümlü Syünik. Komanda Avropa” təşəbbüsü çərçivəsində Sünik mərzində 80-dən çox layihə yerinə yetirilir. Jurnalistə məlumat verən Syünik bölgəsinin rəhbəri Robert Ğukasyan jurnalistlərlə söhbətində bu barədə açıqlama edib.

“Dözümlü Syünik. Komanda Avropa”təşəbbüsünün əsas məqsədi Syünik bölgəsində təhsil, səhiyyə, infrastruktur, sosial xidmətlər, kiçik və orta biznes, kiçik infrastruktur layihələri kimi vacib sahələrdə proqramlar həyata keçirməkdir.

 Hazırda 80-dən çox layihə davam edir. Bunlar razılaşdırılmış, birgə müzakirə edilmiş və Sünik bölgəsinin dözümlülüyünü artırmağa yönəlmiş hədəfli proqramlardır”— deyə  bölgənin rəhbəri bildirib.

Ğukasyan qeyd edib ki, Syünik bölgəsində “Dözümlü Syünik. Komanda Avropa” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrin ümumi dəyəri artıq 200 milyon avroya çatıb.

“Biz bu layihələrin keyfiyyətini qorumaq üçün çalışmalıyıq və düşünürəm ki, yaxın gələcəkdə çox yüksək səviyyəli nəticələr əldə edəcəyik”— deyə o vurğulayıb.

Daha əvvəl AB səfiri Vasilis Maraqos jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Brliyinin Ermənistana edəcəyi investisiyaların həcmi nəticədə 2,5 milyard avroya çatacaq.

Səfir bu investisiyaların əhəmiyyətli hissəsini “Dözümlü Syünik. Komanda Avropa” təşəbbüsü çərçivəsində Syünikdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi hesab edib.

Daha çox göstər
Back to top button