İctimaiyyət
Gürcüstandan Azərbaycana avtomobil idxalı 39% azalıb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Gürcüstandan 6771 minik avtomobili idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,4% azdır. Həmin dövrdə 11185 avtomobil idxal edilib.
Gürcüstan Milli Statistika İdarəsinin məlumatlarına görə, idxal edilən avtomobillərin dəyəri 181 milyon dollar təşkil edib.
Ümumilikdə, hesabat dövründə Gürcüstan 2,28 milyard dollar dəyərində 92713 minik avtomobili ixrac edib. Azərbaycanın ümumi ixracdakı payı 7,3% təşkil edib.







